Mehriban Əliyeva doğum gününü təbrik edənlərə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva doğum gününü təbrik edənlərə təşəkkür etdi

Siyasət

27 Avqust 2021 18:14 855


Birinci vitse-prezident Mehriban Əliyeva doğum günün təbrik edənlərə təşəkkür edib.

Yenisabah.az xəbər verir ki, o bu barədə öz “Facebook” profilində paylaşım edib.

Paylaşımda deyilir: Pepperoni pizza

“Hörmətli bacılar və qardaşlar!

Əziz dostlar!

Ad günüm münasibətilə təbriklərə, gözəl və xoş arzulara görə sizə səmimi-qəlbdən təşəkkür edirəm. Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir. Sevginizə, səmimiyyətinizə, hörmətinizə və inamınıza görə çox sağ olun. Dərindən hiss etdiyim, məni ilhamlandıran və hər zaman mənə kömək olan qəlblərinizin istisini mənə bəxş etdiyiniz üçün hər birinizə minnətdaram. Ulu Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm. Qoy Uca Allah Azərbaycan xalqını və bizim doğma Vətənimizi qorusun!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!