Mehriban Əliyeva Tokio-2020-də uğur əldə edən idmançılarımızı təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva Tokio-2020-də uğur əldə edən idmançılarımızı təbrik etdi

Siyasət

29 Avqust 2021 17:08 877


“Bizim yeni qələbələrimiz, növbəti medallarımız! İdmançılarımızı – qızıl medal sahibləri, dünya rekordunu yeniləmiş Elvin Astanovu, Dürsədəf Kərimovanı və bürünc medal qazanmış İlham Zəkiyevi səmimi qəlbdən təbrik edirəm. Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Qadın cüdoçu Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala sahib olub. Dominos pizza

Azərbaycanın para-atleti Elvin Astanov isə nüvə itələmə növündə bütün rəqiblərindən üstün olub. O, 8,77 metr nəticə ilə paralimpiya rekordunu da qırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!