Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik etdi

Siyasət

04 Sentyabr 2021 17:35 969


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında etdiyi paylaşımda “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib.

Yenisabah.az xəbər verir ki, bu barədə M.Əliyeva paylaşım edib. 

Təbrik mətnində deyilir:  Pepperoni pizza

“Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirakını başa çatdırdı! Növbəti qızıl medalları Orxan Aslanov və Paralimpiyada rekordunu təzələmiş Lamiyə Vəliyeva qazandılar! Bütün qalibləri səmimi-qəlbdən təbrik edirəm! İdmançılarımıza təşəkkür edirəm! Siz Azərbaycanı layiqincə təmsil etdiniz! Yüksək bacarıq, qətiyyət, məqsədyönlülük nümayiş etdirərək, siz bütün azarkeşlərinizin ümidlərini doğrultdunuz! Bizim 14 qızıl, 1 gümüş və 4 bürünc medalımız var! Buna görə çox sağ olun! Hər birinizə möhkəm cansağlığı, sevinc, səadət, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!