Məşhur general vəzifəsindən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur general vəzifəsindən azad edildi

Siyasət

04 Avqust 2021 07:23 12381


Azərbaycanın 1-ci ordu korpusunun komandiri general-mayor Hikmət Həsənov vəzifəsindən azad olunub.

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı Manset.az saytı yayıb. Xəbərə görə, bu haqda Müdafiə naziri general - polkovnik Zakir Həsənov əmr imzalayıb.

Onun yerinə polkovnik Qiyas Abbasov 1-ci ordu korpusunun komandiri təyin edilib. Q. Abbasov bundan əvvəl 3-cü ordu korpusunun komandan müavini vəzifəsində çalışıb. Qiyas Abbasov prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Toyuqlu pizza

Sfera.az-ın yaydığı xəbərə görə isə Hikmət Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəhbəri general-leytenant Heydər Piriyevə müavin təyin edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!