“Məktəbdən valideynlərə zəng edirlər ki, uşaqları aparın...”

“Məktəbdən valideynlərə zəng edirlər ki, uşaqları aparın...”

Sosial Veb saytların hazırlanması

07 Dekabr 2023 11:44 622


“Dəlixanadı, Allaha and olsun! Məktəblər valideynləri çağırıb uşaqları göndərib evə, idarə də, nazirlik də açıqlama verir ki, bütün məktəblərdə tədris davam edir, bəzi valideynlər könüllü olaraq götürüblər uşaqlarını. 146, 297, 58, 311, 192 saylı məktəblərdə şagirdlər evə buraxılıb, özü də məktəbdən müəllimlər zəng edib valideynlərə ki, gəlin uşaqları aparın, idarədən təlimat var”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Həbibə Abdulla şəxsi Feysbuk hesabında yazıb. Jurnalist iddia edib ki, sonradan qərar dəyişib, ikinci növbədə oxuyanlara deyilib ki, dərsə gəlin. 

Həbibə Abdulla təhsilə rəhbərlik edən qurumları qeyri-səmimilikdə suçlayıb: "On minlərlə valideynə bu yalanı demək kimə və nəyə lazımdır axı?!” 

Aytac 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!