Məktəblərdə dərslər ən azı 14 gün dayandırılmalıdır - Təhlükə böyüyür

Məktəblərdə dərslər ən azı 14 gün dayandırılmalıdır - Təhlükə böyüyür

Sosial Veb saytların hazırlanması

02 Dekabr 2023 09:51 849


Hazırda ölkə ərazisində tüğyan edən qızılca xəstəliyi xüsusilə azyaşlılar və şagirdlər arasında geniş yayılıb. Mövcud vəziyyət ölüm hallarının qeydə alınması ilə daha da təhlükəli olmağa başlayıb. Virusun orta məktəblərdə sürətlə yayılması valideynlər arasında təşviş və narahatlıq yaradır. Təhsil müəssisələrində sürətlə artan yoluxma hallarının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Təhsil eksperti Kamran Əsədov bununla bağlı “Yeni Sabah”a açıqlama verib.

Ekspert bildirir ki, məktəbdə hətta bir nəfərin xəstəliyə yoluxması da çox təhlükəli haldır: 

Hal-hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Bu o deməkdir ki, hər gün çoxsaylı ailələrdən uşaqlar məktəbə gedir və evə qayıdır. Bu müddət ərzində yolda, məktəbdə, ictimai nəqliyyatda, insanlarla bu və ya digər formada ünsiyyətdə olurlar. Bu da xəstəliyə yoluxan şəxslə birbaşa əlaqəyə keçmə ehtimalını çoxaldır. Hesab edirəm ki, hazırda mövsümi xəstəliklərin də yayılması və pandemiyanın tam olaraq başa çatmadığını nəzərə alanda müəyyən müddət ərzində təhsil prosesində məsafəyə ehtiyac olduğu görünür. Çünki istər orta məktəblərdə, istərsə də ali təhsil müəssisələrində kifayət qədər böyük sayda insan təhsil alır. Bu zaman xəstəliyə yoluxan bir nəfərin digər bütün insanları təhlükə qarşısında qoyması qaçılmaz olur. 

Qarşılaşdığımız vəziyyətlə bağlı iki əsas məsələ var: orta ümumtəhsil müəssisələrində tibbi xidmət sahəsində problemlərlər; məktəblilərin hər hansı bir formada tibbi müayinəyə cəlb olunmaması. Sadalanan amillər yoluxma sayına öz təsirini göstərir. Çox təəssüf ki, iki şagirdimiz artıq vəfat edib. Bir məktəbdə isə ibtidai siniflər dərslərinə distant formada davam edəcək. Bunun əsas səbəblərindən biri ehtimal olunan yoluxmanın əhatə dairəsini daraltmaqdır. Təhsil müəssisələrindəki insan sayını nəzərə alsaq, görərik ki, olduqca böyük rəqəmlərdən danışılır. İnsanlar arasındakı əlaqələrdə sosial məsafənin gözlənilmədiyi məkanlar sırasında məktəblər də var. Bu səbəbdən yoluxma hallarının müşahidə edildiyi məktəblərdə dərslər ən azı 14 gün onlayn rejimə keçirilməlidir. Ənənəvi tədris üsulu hal-hazırda çox təhlükəlidir. Bu hal yoluxma sayına birbaşa təsir göstərən amildir”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!