Məktəblini saytda satışa çıxardılar

saytların hazırlanması

Evə çatdırılma

Məktəblini saytda satışa çıxardılar

Dünya

20 Aprel 2022 11:28 427


Rusiyanın Buryatiya Respublikasının Ulan-Ude şəhərində yeniyetmə “satışa” çıxarılıb.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat ödənişsiz elanlar saytında yerləşdirilib. Foto satışların həyata keçirildiyi saytın “heyvanlar” bölməsində dərc olunub.

Görünür bununla məktəblilər öz sinif yoldaşları ilə zarafat etmək qərarına gəliblər. Pepperoni pizza

Elan yerləşdirən şəxs parta arxasında oturan məktəblinin şəklinin təsvirinə “Tamir” adını qoyub, eyni zamanda onun “cins”ini də göstərib.

Qeyd olunur ki, reklamın müəllifi satış saytında martın əvvəlində qeydiyyatdan keçib. Sayt administratorları artıq elanı siliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!