“Mənim oğlum da sizin oğullarınız kimi pivə satır” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Mənim oğlum da sizin oğullarınız kimi pivə satır” - Paşinyan

Siyasət

13 İyun 2021 09:00 1231


Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan respublikada elit təbəqənin xalqa qarşı sinfi mübarizəsinin getdiyini bəyan edib. 

“Yeni Sabah” xəbər verir ki, Paşinyan qarşıdakı parlament seçkilərinin məqsədindən danışarkən deyib:

“Bu seçkilər elita ilə xalqın arasındakı savaşdır. Müharibə ilə müharibədən sonrakı vəziyyətin yalnız bəhanə olduğu aydındır. Bu, sinfi mübarizəyə çevrilib. Elitanın xalqa və vətəndaşa, öz xalqına qarşı müharibəsinə çevrilib. Onlar mənə qarşı mübarizə aparırlar, çünki mənim oğlum da sizin oğullarınız kimi pivə satır. Mənim oğlum özünü başqa insanların oğularından üstün saymır. Bu isə onların qurduqları piramidanı yerlə bir edir. Çünki onların oğulları hamıdan yuxarıda olmalı, milyonlar qazanmalıdır… Deməli, Ermənistanda dinc, polad kimi möhkəm, xalq inqilabı start götürüb”. Pepperoni pizza

Bəlli olduğu kimi, 20 iyun tarixində Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərdə 25 siyasi qüvvə – 21 partiya və dörd blok iştirak edir. İyunun 11-i, səhər saatlarından etibarən Ermənistanda seçkilərdə elektron səsvermə başlayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!