Məşhur reper silahlı hücumda   ÖLDÜRÜLDÜ 

saytların hazırlanması

Evə çatdırılma

Məşhur reper silahlı hücumda ÖLDÜRÜLDÜ 

Kriminal

23 Aprel 2024 13:59 1086


Məşhur müğənni Castin Biberin yaxın dostu və Trippie Redd ilə işbirliyi ilə tanınan reper Kris Kinq 33 yaşında Neşvildə öldürülüb. 

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, məşhur reper odlu silahdan açılan atəş nəticəsində həyatını itirib. 

Neşville polisinin verdiyi məlumata görə, 33 yaşlı reper "Hayes Street" otelinin dayanacağında yaralı halda tapılıb. O, aparıldığı xəstəxanada dünyasını dəyişib.  pizza mizza

Kinqin keçmiş otaq yoldaşı müğənni Castin Biber instaqramda "Səni sevirəm, qardaş. Cənnətdə görüşənədək" yazıb. 

Qeyd edək ki, Kinq 10 illik rep karyerası ərzində bir çox albom buraxıb. O, sonuncu dəfə aprelin 8-də "Seeing Double Seeing Double" albomunu buraxıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!