Messi Misirlə oyunda bir neçə rekord müəyyənləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

Messi Misirlə oyunda bir neçə rekord müəyyənləşdirdi

İdman

07 İyul 2026 23:55 133


Argentina millisinin hücumçusu Lionel Messi həm kişi, həm qadın futbolçular arasında dünya çempionatlarında keçirilən oyunların sayına görə mütləq rekorda imza atıb.

"Yeni Sabah" TASS-a istinadən xəbər verir ki o, DÇ-2026-nın 1/8 final mərhələsində Misir yığması ilə oyunun start heyətində meydana çıxıb və bu, onun dünya çempionatlarında 31-ci matçı olub.

Daha əvvəl Messi bu göstəriciyə görə birinci yeri sonuncu dəfə 2007-ci ildə turnirdə iştirak etmiş amerikalı qadın futbolçu Kristin Lilli ilə bölüşürdü. Kişilər arasında isə argentinalının ən yaxın izləyicisi DÇ-2026-da iştirakını artıq başa vurmuş portuqaliyalı Kriştianu Ronaldudur (27 oyun). Marqarita pizza

Həmçinin Lionel Messi Misir yığması ilə matçda dünya çempionatlarının final mərhələlərində yerinə yetirilən penalti sayına görə rekorda imza atıb.

Matçın 21-ci dəqiqəsində Misirin qapısına təyin edilən 11 metrlik cərimə zərbəsi Messi üçün dünya çempionatlarında penaltidən səkkizinci zərbə olub. Bununla belə, Messi penaltidən vurduğu zərbələrin yalnız yarısını - dördünü qola çevirə bilib.

Eyni zamanda, Messi tarixdə bir turnirdə iki penaltini qaçıran ilk futbolçu olub. Argentinalı hücumçu Misirlə oyunla yanaşı, qrup mərhələsinin II turunda Avstriya ilə matçda (2:0) 11 metrlik cərimə zərbəsindən yararlana bilməmişdi.

Bundan əlavə, hücumçu Misirlə qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalaraq dünya çempionatları tarixinin ən yaxşı assistenti adını qazanıb. Müdafiəçi Kristian Romeroya verdiyi qol ötürməsi Messinin mundiallardakı doqquzuncu məhsuldar ötürməsi olub ki, bu da turnir tarixində rekord göstəricidir.

Həmçinin, Messi Misir yığmasının qapısına yol tapmaqla dünya çempionatlarında 21-ci qolunu vuraraq öz rekordunu yeniləyib. Bu göstərici üzrə ikinci pillədə 19 qolla fransalı Kilian Mbappe qərarlaşıb.

"Albiseleste"nin lideri dünya çempionatlarının pley-off mərhələsində ardıcıl 6-cı oyunda qol vuraraq bunu bacaran ilk futbolçu olub.

Ümumilikdə, Messi cari mundialda artıq 8 qola imza atıb. Bu, 1970-ci il dünya çempionatında 5 oyuna 10 qol vuran Gerd Müllerin dövründən bəri ən yaxşı nəticədir.\Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!