Norveç milli komandasının baş məşqçisi Stole Solbakken 2026-cı il dünya çempionatının 1/4 finalında İngiltərəyə qarşı keçiriləcək oyun ərəfəsində komandanın bir neçə futbolçusunun xəstələndiyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Solbakken mətbuat konfransında danışıb.
"Bəzi futbolçularda öskürək və xırıltı müşahidə olunur. Buna kondisionerlər, uçuşlar, paltardəyişmə otaqları və digər amillər səbəb olub", - deyə o qeyd edib. Toyuqlu pizza
Qeyd edək ki, Norveç millisi 1/4 final mərhələsində iyulun 12-də İngiltərə yığması ilə qarşılaşacaq.
2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq./Oxu.az
Telegram kanalımız