Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/8 final mərhələsi çərçivəsində Argentina - Misir oyunu keçirilib.
"Yeni Sabah" xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində baş tutan qarşılaşma Cənubi Amerika təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.
Argentina hesabda iki top fərqi ilə geridə olsa da, ardıcıl üç dəfə fərqlənməklə növbəti mərhələyə adlayıb. Marqarita pizza
Ərəblərdən Yasser İbrahim (15-ci dəqiqə), Mustafa Ziko (67-ci dəqiqə), argentinalılardan isə Kristian Romero (79-cu dəqiqə), Lionel Messi (83-cü dəqiqə) və Entso Fernandes (90+2-ci dəqiqə) qol vurublar.
Qeyd edək ki, Argentina 1/4 final mərhələsində İsveçrə-Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.
Telegram kanalımız