“Metro niyə bağlanmalıdır ki?” – Deputatdan təklif  

saytların hazırlanması

Evə çatdırılma

“Metro niyə bağlanmalıdır ki?” – Deputatdan təklif  

Siyasət

03 İyul 2021 11:50 2221


UEFA AVRO 2020 oyunları ilə əlaqədar ötən ay ölkədə ictimai nəqliyyatın həftəsonları da fəaliyyət göstərməsi barədə qərar qəbul edildi. Bu həftədən etibarən isə oyunlar başa çatdığı üçün metro və marşrut həftəsonu əvvəlki qaydaya uyğun olaraq işləməyəcək. Bu isə özlüyündə cəmiyyətdə müəyyən qədər narazılıq doğurub, insanlar dövlətin öz vətəndaşına lazımi dəyəri verməməsindən gileylənir.

Məsələyə münasibət bildirən Milli Məclis deputatı Aqil Abbas qeyd edib ki, ictimai nəqliyyat bütün qaydalara riayət edilməklə həftəsonu da fəaliyyət göstərməlidir:

“Bunu deyənlər də bu ölkənin vətəndaşıdır. Mən sizin parlamentdəki nümayəndənizəm, siz doğru hesab etmirsinizsə, deməli, mən də doğru hesab etmirəm.  Dördpendirli pizza

Ümumiyyətlə, əgər xalq bir şeyi doğru hesab etmirsə, mən onu necə doğru kimi qəbul edə bilərəm? Metro niyə bağlanmalıdır ki? Özü də yoluxma sayı 70-80-ə enib. Bu say 1000-2000 civarı deyil ki, nəqliyyat həftəsonu işləməsin. Bütün qaydalara riayət edilməklə metro həftəsonu da fəaliyyət göstərməlidir”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!