Məxfi saxlanılan “hərtərəfli müqavilə”: – Türkiyənin Azərbaycanda hərbi bazası ola bilər...

saytların hazırlanması

Evə çatdırılma

Məxfi saxlanılan “hərtərəfli müqavilə”: – Türkiyənin Azərbaycanda hərbi bazası ola bilər...

Siyasət

15 İyun 2021 15:01 1662


Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın səfərinə görə artıq Şuşada hazırlıq işləri yekunlaşıb. Yerli media yazır ki, şəhər Türkiyə və Azərbaycan bayraqlarıyla bəzədilib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı BBC yayıb. Xəbərdə bildirilir ki, Recep Tayyip Erdoğan bir neçə gün öncə azərbaycanlı həmkarı İlham Əliyevlə Şuşada "iri miqyaslı" müqavilə imzalayacaqlarını bildirib.

Müqavilənin təfərrüatları hələ ki, açıqlanmayıb, amma azərbaycanlı təhlilçilər bunun həm iqtisadi, həm də siyasi məsələləri əhatə edən razılaşma olacağını düşünür. Toyuqlu pizza

Bəzi iddialara görə, imzalanacaq müqavilələr arasında Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması barədə saziş də ola bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!