Meydan TV-çilərin nədə ittiham olunduğu aydınlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Meydan TV-çilərin nədə ittiham olunduğu aydınlaşdı

Kriminal

07 Dekabr 2024 10:39 831


Dekabrın 6-da saxlanılan bir qrup şəxsin nədə ittiham edildiyi məlum olub.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, saxlanılanların vəkilləri onların Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli bilindiklərini deyib.

Ramin Cəbrayılzadəyə (Ramin Deko) həmin maddə üzrə artıq ittiham elan olunub. Marqarita pizza

Aysel Umudova, Aytac Tapdıq və Xəyalə Ağayeva, Aynur Elgünəş və Natiq Cavadlının vəkilləri onların şübhəli şəxs qismində saxlanıldığını qeyd edib. Vəkillər saxlanılanlardan bəzilərinin evində axtarış aparıldığını bildiriblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Ramin Cəbrayılzadənin (Ramin Deko) ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanıldığını bildirib. Nazirlik məlumatın təsdiqini tapdığını da açıqlayıb.

Xatırladaq ki, saxlanılandan bir qismi Meydan TV ilə əməkdaşlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!