MHP sədri komediyaçını hədəfə aldı

saytların hazırlanması

Evə çatdırılma

MHP sədri komediyaçını hədəfə aldı

Dünya

22 İyun 2022 11:22 892


MHP sədri Dövlət Baxçalı partiyasının qrup toplantısındakı çıxışında Cem Yılmazı hədəfə alıb.

Yenisabah.az "Oda TV"-yə istinadla xəbər verir ki, Baxçalı ad çəkmədən Cem Yılmaz və yeni serialı "Erşan Kuneri" kəskin tənqid edib.

"Netflix-də söyüşlərin və ən alçaq zarafatların yer aldığı, "komediya aktyorları" deyilənlərin rol aldığı seriallar həddini aşıb. Ailə həyatı son sığınacaqdır. Bu sığınacağın talanması üçün planlı təbliğat aparılır. Söyüşlərin nəyinə gülməliyik?! Qadınları və kişiləri yoldan çıxaran əcaib şou səhnələrinin nəyini bəyənməliyik?" - deyə Dövlət Baxçalı vurğulayıb. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!