Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsinə cavab verib.
Yenisabah.az xəbər verir ki, qətnaməyə cavab olaraq Milli Məclis bəyanat qəbul edib.
Bəyanatı deputat Tural Gəncəliyev səsləndirib. Bəyanatda deyilir: Toyuqlu pizza
“Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Avropa Parlamentinin belə bir qətnaməni qəbul etməsi separatizmə açıq şəkildə dəstək verməkdir. Qətnamənin qəbul olunmasındafədakarlıq göstərən Fransa Cənubi Qafqazda sülhə bir mənalı olaraq mane olur. Fransa açıq şəkildə separatizmə hər cür dəstək verir. Bu cür qətnamə ilə Avropa Parlamenti öz nüfuzunu aşağı salır. Belə qətnamə ilə AP Cənubi Qafqaz siyasətinə zərbə vurur. Bir daha bildiririk ki, Avropa Parlamentini təmsil edən deputatlar seçicilərin deyil, lobbi quruplarının maraqlarını orada təmin edir”
Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 5-də Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib.
Telegram kanalımız