Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilir

Siyasət

12 İyul 2019 10:09 1249


Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb.

“Yeni Sabah” bildirir ki, toplantının gündəliyinə 28 məsələ daxildir.

Bunlar "Notariat haqqında", "Dövlət rüsumu haqqında", “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Əmək pensiyaları haqqında", "Məhkəmələr və hakimlər haqqında" və s. qanunlara, o cümlədən Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir. Qanun layihələrinin əksəriyyəti 2-ci cə 3-cü oxunuşda müzakirəyə çıxarılacaq.

İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatacaq və deputatlar tətilə çıxacaq. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

Xatırladaq ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyun-iyul aylarında qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!