Minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi yaradılacaq

saytların hazırlanması

Evə çatdırılma

Minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi yaradılacaq

Sosial

16 Oktyabr 2024 11:08 444


Minatəmizləmə fəaliyyəti ilə bağlı məlumatların toplanılması, idarə olunması və istifadəsi üçün səlahiyyətli qurum tərəfindən minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi formalaşdırılacaq və aparılacaq.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu, bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, səlahiyyətli qurum və icraçılar tərəfindən aparılmış qeyri-texniki və texniki tədqiqat, təmizləmə, minatəmizləmə fəaliyyəti həyata keçirilmiş ərazilər və bu zaman aşkar edilmiş partlayıcı sursatlar, partlayıcı sursat qurbanları barədə, habelə bu Qanunda nəzərdə tutulmuş digər məlumatlar minatəmizləmə fəaliyyətinə dair informasiya sisteminə daxil ediləcək. pizza

Minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!