Mingəçevirdə bıçaqlanma: Yaralı xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə bıçaqlanma: Yaralı xəstəxanada öldü

Kriminal

16 Dekabr 2024 10:25 559


Dekabrın 16-sı Mingəçevir şəhəri ərazisində bıçaqlanan 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənli xəsarətdən müalicə aldığı xəstəxanada ölüb.

Yenisabah.az xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 1990-cı il təvəllüdlü Elvin Rüstəmovun dekabrın 15-i şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirməsi məlum olub. Pepperoni pizza

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Elvin Rüstəmov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!