Mingəçevirdə dələduz həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə dələduz həbs olundu

Kriminal

28 Sentyabr 2024 09:02 763


Mingəçevirdə dələduzluq etməkdə şübhəli bilinən 62 yaşlı Tahir Qurbanov saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, o, vətəndaşları işə düzəltmək və digər vədlərlə aldadaraq onların 36 min manat pulunu ələ keçirib.

Saxlanılan şəxs zərərçəkmişlərə özünü hüquq müdafiəçisi kimi təqdim edib. pizza hut

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib.

Onun qanunsuz əməllərindən zərər görən başqa şəxslər olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!