Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlandı

Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlandı

Sosial Veb saytların hazırlanması

02 Dekabr 2023 17:35 500


Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlanıb.

Bu barədə “Trend”in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində qızılca diaqnozu qoyulan və digər ağırlaşmalarla müşahidə olunan dörd nəfərin müalicəsi davam etdirilir:

“Onlara zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri orta ağırdır”.

Xatırladaq ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb:

Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!