MİQ: Vakansiya seçimi mərhələsinin başlanğıcı elan olundu

saytların hazırlanması

Evə çatdırılma

MİQ: Vakansiya seçimi mərhələsinin başlanğıcı elan olundu

Sosial

23 İyul 2024 18:44 576


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanacaq tarix açıqlanıb.

Yenisabah.az xəbər verir ki, namizədlər 26 iyul saat 11:00-dan 28 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər.

Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir. Dominos pizza

Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!