Ermənistan hakimiyyəti Tavuş vilayətində erməni kəndlərinin təslim edilməsi ilə bağlı heç bir danışıqlar aparmır.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Ermənistanda heç bir məmurun Tavuş vilayətində və Ermənistanın digər bölgələrində yerləşən kəndlərin, ərazilərin, torpaq sahələrinin təhvil verilməsi ilə bağlı danışıqlar aparmaq hüququ yoxdur: Dördpendirli pizza
“Bu, aksiomatik həqiqətdir. Hüquq mexanizmlərinin fəaliyyət göstərdiyi təminatlar var. Ona görə də Tavuşda kəndlərin təslim edilməsi ilə bağlı danışıqlar aparmırıq.
Xatırladaq ki, baş nazir Paşinyan da mətbuat konfransında oxşar arqumentlərlə çıxış edib.
Telegram kanalımız