İrəvan NATO-ya daxil olmaq niyyətində deyil.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Bu məsələ hazırda Ermənistanın gündəmində deyil", - deyə Mirzoyan TN telekanalına müsahibəsində deyib. pizza sifarişi
Onun sözlərinə görə, Ermənistan ABŞ və Avropanı özünün əsas tərəfdaşları hesab edir. "Bizdə demokratiya var və demokratik institutları gücləndirmək istəyirik. Görürük ki, məsələn, ABŞ və Avropa İttifaqı əsas tərəfdaşlardır.
Biz Brüssel və Vaşinqtonla iqtisadi və siyasi əlaqələri dərinləşdiririk. Mən bunu dönüş adlandırmazdım, biz öz təhlükəsizliyimizi və demokratik yolla inkişafımızı təmin etməyə çalışırıq", - Mirzoyan qeyd edib.
O, Moskva ilə münasibətlərdə problemlərin olduğunu da bildirib:
"Rusiya ilə iqtisadi əlaqələrimiz, ikitərəfli ticarətimiz, əməkdaşlığın müxtəlif sahələri var və təhlükəsizlik sahəsində yaxşı əlaqələrimiz var. Amma bu da bir həqiqətdir ki, bu gün düşüncələrimiz fərqlidir və sadə dildə desək, eyni dildə danışmırıq. Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək olmaz”.
Telegram kanalımız