Misir Mərdanov Çingiz Abdullayevin müdafiəsinə qalxdı

saytların hazırlanması

Evə çatdırılma

Misir Mərdanov Çingiz Abdullayevin müdafiəsinə qalxdı

Siyasət

03 Sentyabr 2023 11:58 981


Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev sosial medianın Azərbaycan seqmentində qınanılmaqdan, tənqid olunmaqdan, hücumlara məruz qalmaqdan bezdiyini deyərək, ölkədən getmək istədiyini bildirib.

Bəzi tanınmış simalar Çingiz Abdullayevə olan hücumları pisləyiblər.

Keçmiş təhsil naziri Misir Mərdanov da Çingiz Abdullayevin müdafiəsinə qalxıb.  pizza hut

“Dəfələrlə şahid olmuşam ki, Çingiz müəllim Qarabağ məsələsi ilə bağlı ən yüksək səviyyələrdə Rusiya rəhbərliyinin iştirak etdiyi tədbirlərdə Azərbaycanın mövqeyini müdafiə edib, ruslara ciddi iradlarını bildirib”, - deyən Misir Mərdanov Xalq yazıçısını qınayanlarla razılaşmadığını vurğulayıb.

Qeyd edək ki, Ç.Abdullayevi sosial şəbəkələrdə qınayanlar onu Bakı ləhcəsində yarırus-yarıazərbaycanca danışmaqda ittiham edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!