Mixail Mişustin Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət etdi

saytların hazırlanması

Evə çatdırılma

Mixail Mişustin Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət etdi

Siyasət

20 Aprel 2021 22:24 721


Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.

Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb. pizza

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!