MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ

saytların hazırlanması

Evə çatdırılma

MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ

Kriminal

17 Aprel 2024 20:40 889


Müdafiə Nazirliyinin tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hakimlər şahidlərin bitdiyi üçün məhkəmə istintaqının baş çatdırılmasını istəyiblər.

Məhkəmənin növbəti iclası mayın 8-nə təyin olunub. Sezar pizza

Qeyd edək ki, R.Məlikzadəni 26 sentyabr 2022-ci ildə DTX saxlayıb və Bakı Hərbi məhkəməsi qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 9 369 411 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq rəis Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!