MN: Muzdlular geri qayıdır

saytların hazırlanması

Evə çatdırılma

MN: Muzdlular geri qayıdır

Dünya

17 İyun 2022 16:02 1007


"Ukraynaya xarici hərbçilərin axını azalıb və əslində, əks istiqamətə  yönəlib".

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Müdafiə Nazirliyi "Telegram"da bəyan edib.

MN-nin məlumatına görə, muzdluların əksəriyyəti Polşadan gəlib. 1831 nəfərdən 378 nəfər həlak olub, 272 nəfər vətənə geri qayıdıb. Dördpendirli pizza

601 nəfər Kanadadan gəlib, 102 nəfər ölüb, 98 nəfər isə geri qayıdıb.

 ABŞ-dan 530 nəfər gəlib, 214 nəfər ölüb, 227 nəfər geri qayıdıb.

 Rumıniyadan 504 nəfər gəlib, 102 nəfər ölüb, 98 nəfər geri qayıdıb.

 Böyük Britaniyadan 422 gəliş, 101 ölüm, 95 gediş qeydə alınıb.

Həmçinin, Yaxın Şərq, Cənubi Qafqaz və Uzaq Asiya ölkələrindən 355 nəfərin gəldiyi qeyd edilir.

İyunun 17-nə olan məlumata görə, 64 ölkədən ümumilikdə 6956 nəfər muzdlu Ukraynaya gəlib, onlardan 1956 nəfər ölüb, 1779 nəfər isə geri qayıdıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!