Moda sənayesində çalışan ruslar gəlirlərinin yarıdan çoxunu itirib

saytların hazırlanması

Evə çatdırılma

Moda sənayesində çalışan ruslar gəlirlərinin yarıdan çoxunu itirib

Dünya

20 Aprel 2022 15:49 187


Rusiya moda sənayesində satışlar 2022-ci ilin martında Instagram-ın bloklanması və mallarını orada təbliğ edə bilməməsi səbəbindən 60% azalıb. 

Yenisabah.az xəbər verir ki, bunu Gazeta.Ru-ya VIPRO marketinq agentliyinin baş direktoru, Opora Rossii reklam komissiyasının sədri Anastasiya Maklayeva deyib.

“Biz 2022-ci ilin mart ayında moda biznesinin nə qədər dəyişdiyini müzakirə etdik və sorğuda iştirak edənlərin 90%-i məhsullarını Instagram-da tanıtmağa diqqət yetirdikləri üçün satışların 60%-dən çox azaldığını bildirdi. Məhz burada onlar saytın inkişafına və tanıtımına əlavə pul qoymadan öz məhsul çeşidlərini ən gözəl, canlı və tam şəkildə təqdim edə bilirdilər”, - Maklaeva bildirib. pizza sifarişi

Eyni zamanda o əlavə edib ki, Rusiyada İnstaqramın bloklanmasından təkcə moda sənayesinin nümayəndələrnə təsir etməyib. Bundan turizm və digər biznes sahələrində çalışan özəl mütəxəssislərin böyük əksəriyyəti zərər çəkib. 

Cavad Salmanlı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!