Buxarest soyuq mövsümdə Azərbaycandan Moldovaya və ya regionun digər ölkələrinə qaz tədarük etməyə hazırdır.
Yenisabah.az Agerpres-ə istinadla xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastyan Burduja bildirib.
“Moldova və ya regionun digər dövlətlərindən xüsusi müraciətlərimiz olarsa, keçən ilin yazında Rumıniya tərəfindən təmin edilmiş Azərbaycanla opsionu aktivləşdirməyə hazırıq və onun vasitəsilə 1 milyard kubmetr qaza çıxışımız var. Əgər bu həcm kifayət etməzsə, Yunanıstan-Bolqarıstan-Rumıniya və ya Türkiyə-Bolqarıstan-Rumıniya marşrutu üzrə mayeləşdirilmiş təbii qaz idxal etmək imkanımız var”, - deyə nazir vurğulayıb. pizza hut
2021-ci ilə qədər Moldova qazı yalnız “Qazprom”dan alırdı. Dnestryanı ərazi istisna olmaqla, o, ildə təxminən 1,3 milyard kubmetr qaz istehlak edir.
Telegram kanalımız