Mollanın uşağa süd verən ananı çəkməsi İranı qarışdırır

saytların hazırlanması

Evə çatdırılma

Mollanın uşağa süd verən ananı çəkməsi İranı qarışdırır

Dünya

12 Mart 2024 10:28 665


İranın Qum şəhərində polis və təhlükəsizlik qüvvələri hazır vəziyyətə gətirilib. 

Axar.az xəbər verir ki, bu barədə “İran İnternational” yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Qumda din xadiminin tibb mərkəzində qadın və onun xəstə uşağını gizli şəkildə lentə alması səbəbindən etirazların artması rejimi tədbir almağa sövq edib. Sezar pizza

Hadisə ictimaiyyətin sərt reaksiyasına səbəb olduğu üçün hakimiyyət ümumi etirazların başlanmasından ehtiyatlanıb.

“Yerli mənbələr təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin sayının artırıldığını və şəhərdə nəzarətin sərtləşdirildiyini bildirirlər”, - məlumatda qeyd edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!