Moskvada dəhşətli terroru Ukrayna törədib? - ABŞ-dan reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Moskvada dəhşətli terroru Ukrayna törədib? - ABŞ-dan reaksiya

Dünya

22 Mart 2024 23:20 610


ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında baş verən silahlı insidentə münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, brifinqdə danışıb. 

O, ABŞ hakimiyyətinin hadisədə Ukraynanın əli olması barədə heç bir məlumatı olmadığını diqqətə çatdırıb.  Pepperoni pizza

“Hazırda atışmada Ukraynanın və ya ukraynalıların iştirakına dair heç bir sübut yoxdur", - Kirbi deyib. 

"Reuters" agentliyi isə bildirib ki, Ağ Ev Rusiyada baş vermiş silahlı hücumla əlaqədar rəsmi Moskvaya başsağlığı verib. 

İlkin məlumatlara görə, beş adam "Crocus City Hall"dakı konsert zalına hücum edib. Rəsmilər ölənlərin və yaralıların olduğunu bildirib, dəqiq say məlum deyil. Binada yanğın başlayıb və partlayış səsləri eşidilib. 

Yerli kanallar xəbər verir ki, hadisə nəticəsində 40 nəfər ölüb, yüzdən çox insan yaralanıb. 

“Shot” teleqram kanalının məlumatına əsasən, güc strukturları əraziyə basqın həyata keçirirlər. Xüsusi təyinatlıların artıq üçüncü qrupu binaya daxil olub. Binada girovların olması istisna edilmir. Qanlı cinayət törətmiş şəxslərdən dördü hadisə yerindən qaça bilib. 

Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!