Rusiya paytaxtı Moskvada dekabrın 3-də düşən yağıntının miqdarına görə gündəlik rekord müəyyən edilib.
Yenisabah.az “Moskva 24”ə istinadla xəbər verir ki, VDNX-dakı meteorologiya stansiyası saat 18-ə qədər paytaxt ərazisində 10 mm yağıntı düşdüyü barədə məlumat yayıb. Bildirilib ki, bu son 145 ilin rekord göstəricisidir.
Bundan öncəki rekord isə 1980-ci ilin dekabrın 3-də qeydə alınıb və həmin vaxt 9,4 mm yağıntı düşüb. pizza
Ən çox yağıntının Moskvanın mərkəzinə düşdüyü məlum olub. Qar yağışının uzun müddət davam edəcəyi bildirilib.
Moskvanın Nəqliyyat Departamenti sürücülərə şəxsi avtomobillərdən imtina etmək və ictimai nəqliyyata üstünlük verməyi xahişi edib. Həmçinin Moskva vilayətində narıncı hava təhlükəsi səviyyəsi elan olunub və yağan güclü qar çoxlu qəzalara səbəb olub.
Sinoptiklərin məlumatına görə, ən soyuq gün cümə günü, dekabrın 8-i olacaq. Həmin gün havanın temperaturunun –22 dərəcə olacağı bildirilib.








Telegram kanalımız