Moskvada terror aktı ola bilər - ABŞ-dan XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Moskvada terror aktı ola bilər - ABŞ-dan XƏBƏRDARLIQ

Dünya

08 Mart 2024 13:18 647


ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyi yaxın 2 gün ərzində Moskvada baş verə biləcək terror aktları ilə bağlı xəbərdarlıq dərc edib.

Yenisabah.az xəbər verir ki, xəbərdarlıqda qeyd olunur:

“Səfirlik ekstremistlərin yaxın gələcəkdə Moskvada insanların böyük toplaşdığı yerlərə, o cümlədən konsertlərə hücum etməyi planlaşdırdığına dair xəbərləri izləyir. ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük izdihamdan çəkinmələri tövsiyə olunur”. Marqarita pizza

Daha sonra Böyük Britaniya Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentinin Konsulluq Bürosu səfirliyə istinadən təhlükə barədə xəbərdarlıq edib.

Bundan əlavə, “Kommersant”ın qeyd etdiyi kimi, Dövlət Departamenti Rusiyaya səyahətin təhlükə səviyyəsini maksimuma qaldırıb. Eyni zamanda ABŞ səfirliyinin internet saytının rusdilli versiyasında təhlükə ilə bağlı heç bir xəbərdarlıq yoxdur.

Rusiya hakimiyyəti hələlik Amerika diplomatik missiyasının bəyanatını şərh etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!