Moskvadan gözlənilməz açıqlama: “Sülhməramlılar Qarabağda qalacaq”

saytların hazırlanması

Evə çatdırılma

Moskvadan gözlənilməz açıqlama: “Sülhməramlılar Qarabağda qalacaq”

Siyasət

09 Oktyabr 2023 13:25 27168


“Rusiya sülhməramlı kontingentinin mövcudluğuna ehtiyac var və gələcəkdə də eynilə ehtiyac olacaq”. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə RBK-ya Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, bu, "Qarabağın orada qalan sakinlərinin özlərini rahat hiss etməsi üçün" lazımdır.  pizza mizza

"Qarabağdan gedənlərdən kimlərinsə müəyyən mərhələdə qayıtmaq qərarına gələ biləcəyi istisna deyil. Sülhməramlıların mövcudluğu onlar üçün əlavə rahatlıq amili olacaq", deyə o bildirib.

Sülhməramlıların gələcəkdə bölgədə qalması məsələsi Moskva və Bakı arasında müzakirə və həll olunacaq, deyən Qaluzin sülhməramlıların Bakı və Xankəndi arasında əlaqələri də həyata keçirdiyini qeyd edib. "Qarabağın gələcək inkişafı ilə bağlı çox mürəkkəb məsələlər kompleksi də Qarabağ ermənilərinin nümayəndələri və Azərbaycan hakimiyyəti arasında Rusiya sülhməramlılarının yardımı ilə həll olunur", deyə nazir müavini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Yadullah Murğuzov
    Qarabağa qayıdan erməni əsilli vətəndaşlar Azərbaycan vətəndaşları olacaqdır. Azərbaycan vətəndaşları ilə Azərbaycan dövləti arasında heç bir sülhməramlıya ehtiyac yoxdur, yaxşı olar ki rus sülhməramlıları Vətən torpağımızdan çıxıb getsinlər
    3 years ago