MSK təsdiqlədi: Daha 6 şəxs prezidentliyə namizədliyini irəli sürüb

saytların hazırlanması

Evə çatdırılma

MSK təsdiqlədi: Daha 6 şəxs prezidentliyə namizədliyini irəli sürüb

Siyasət

21 Dekabr 2023 16:35 460


Mərkəzi Seçki Komissiyası (MSK) daha 6 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova danışıb.

Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dördpendirli pizza

Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!