Avropa Parlamentində aparıcı fraksiya olan Avropa Xalq Partiyasının (APP) lideri Manfred Veber Ukraynanın tezliklə Aİ üzvlüyünə namizəd elan edilməsinə çağırıb.
Yenisabah.az "Funke"yə istinadla xəbər verir ki, bu barədə o, Almaniya nəşrinə müsahibəsində deyib.
“Ukraynalılar indi dərhal namizəd statusunun təsdiqlənməsi barədə aydın siqnal gözləyirlər. Cavabımız bu olmalıdır: "Mübarizəniz buna dəyər, Avropa İttifaqına xoş gəlmisiniz". pizza
Aİ indi qoşulma proseduru ilə bağlı rəsmi müzakirələr yox, əksinə, siyasi siqnal göndərməlidir”, - deyə Manfred Veber vurğulayıb.
Partiya liderinin sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Şurasının növbəti iclasına təklif təqdim etməlidir.
Xatırladaq ki, aprelin 8-də Ursula fon der Leyen Ukraynanın ittifaqa qoşulması məsələsini müzakirə etmək üçün Ukrayna prezidenti Volodimir Zelenskiyə anket təqdim edib. Rəsmi Kiyev aprelin 18-də doldurulmuş anketi Brüsselə qaytarıb.
Telegram kanalımız