Müğənni Yaqut Nərimanı qətlə yetirən şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Müğənni Yaqut Nərimanı qətlə yetirən şəxsə hökm oxundu

Kriminal

03 Aprel 2024 16:31 1101


Bakıda müğənni arvadını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Anar Həşimov 17 il müddətinə azadlıqdan məhrum edilib. Dördpendirli pizza

Hadisə keçən il oktyabrın 16-da baş verib.

1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Yaqut Həşimova müğənni olub, Yaqut Nəriman kimi tanınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!