Ukrayna böhranı bəşəriyyətin beşdə birindən çoxunu, yəni 1,7 milyard insanı yoxsulluq və aclıq həddinə çatdıra bilər.
Yenisabah.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş, çexiyalı jurnalist Seznam Zpravıya müsahibəsində deyib.
“Biz hamımız Ukraynada baş verən faciəni görürük. Müharibə təkcə bir ölkəyə deyil, inkişaf etməkdə olan dünyaya səssizcə hücum etdi. Böhran 1,7 milyard insanı, bəşəriyyətin beşdə birindən çoxunu yoxsulluq və aclığa sürükləyə bilər”. pizza
Qeyd edək ki, buğda və arpa istehsalının təxminən 30 faizi, qarğıdalının 20 faizi, günəbaxan yağının yarıdan çoxu Rusiya və Ukraynanın payına düşür. Bundan əlavə, Rusiya təbii qazın aparıcı ixracatçılarından biri, ikinci ən böyük neft ixracatçısıdır.
Cavad Salmanli
Telegram kanalımız