Müharibə hər an başlaya bilər - Dünya qan çanağına dönür

saytların hazırlanması

Evə çatdırılma

Müharibə hər an başlaya bilər - Dünya qan çanağına dönür

Dünya

31 Dekabr 2023 10:18 1605


Koreya yarımadasında hər an yeni müharibə başlaya bilər. 

Teleqraf.com xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

“Düşmənlərin bizi işğal etmək üçün məsuliyyətsiz addımları səbəbindən Koreya yarımadasında hər an müharibə başlaya bilər”, - ölkə başçısı bildirib. pizza

Onun sözlərinə görə, Şimali Koreya gələn il üç yeni kəşfiyyat peykini orbitə çıxaracaq, pilotsuz təyyarələr istehsal edəcək, nüvə arsenalını gücləndirəcək.

“Düşmən qüvvələrin qarşıdurma xarakterli hərbi hərəkətlərinə diqqətlə baxsanız, dünya müharibəsi mücərrəd konsepsiya deyil, real ehtimala çevrilib”, - Kim Çen In vurğulayıb.

Ölkə lideri hərbçilərə zərurət yaranarsa nüvə zərbələri də daxil olmaqla “Cənubi Koreyanın bütün ərazisinin sakitləşdirilməsi”nə hazırlaşmağı əmr edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!