“Münaqişənin tarixi kökü Ermənistanın Qarabağı işğal etməsi idi“ - Eks-səfir

saytların hazırlanması

Evə çatdırılma

“Münaqişənin tarixi kökü Ermənistanın Qarabağı işğal etməsi idi“ - Eks-səfir

Siyasət

23 Sentyabr 2023 10:57 373


"Münaqişənin əsası və tarixi kökü Ermənistanın Qarabağı işğal etməsi idi".

Yenisabah.az Jamaran-a istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.

O əlavə edib: "Region ölkələri bir-birinin ərazi bütövlüyünü tanımalıdır, yeganə yol Qarabağın özünü elan edən hökumətinin separatizmə son qoymasıdır. Eyni zamanda, Azərbaycan Respublikası ermənilərin hüquqlarının qorunub saxlanmasına və onların Azərbaycan Respublikasının qanunları çərçivəsində bərabər vətəndaşlıq hüquqlarına malik olmasına təminat verməlidir". pizza

Keçmiş səfirin sözlərinə görə, Azərbaycan erməni icmasının hüquqlarına zəmanət verəcəyini bəyan edib. "Bu çərçivədə soyqırımı iddiası müzakirə olunacaqsa, unutmaq olmaz ki, Qarabağ əhalisinin üçdə biri azərbaycanlılar, müsəlman idi, amma orada bir nəfər də olsun azərbaycanlı qalmamışdı. Onların hamısı "təmizlənmiş" və ya öldürülmüşdü. Yəni Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Lakin bu gün Azərbaycanın belə bir addım atmasını təsdiqini tapmayıb".

M. Pakayinin sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və yerdə qalan məsələlər Bakı ilə İrəvan arasında həll olunmalıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!