“Müqavilədən çıxma İranın xeyrinə olmayacaq“ - Reza Nəsri

saytların hazırlanması

Evə çatdırılma

“Müqavilədən çıxma İranın xeyrinə olmayacaq“ - Reza Nəsri

Dünya

09 İyun 2022 11:40 806


"NPT kartından istifadə İranın xeyrinə olmayacaq".

Yenisabah.az İSNA-ya istinadla xəbər verir ki, bunu Cenevrə Beynəlxalq və İnkişaf Araşdırmaları İnstitutunda (HEI) beynəlxalq hüquq üzrə eksperti Reza Nəsri bildirib.

Onun sözzlərinə görə, indiki vəziyyətdə, yəni danışıqlar prosesinin hələ də davam etdiyi bir vaxtda İran Nüvə Silahını Yaymama (NPT) sazişindən çıxa bilməz:  pizza sifarişi

"NPT-dən çıxmaq üçün İran 3 ay əvvəldən bu barədə BMT Təhlükəsizlik Şurasına məlumat verməlidir. MAGATE ilə mübahisə və nüvə sazişinin (JCPOA) uğursuzluğu halında İran əleyhinə yeni qətnamə ABŞ və Qərbin masasındadır. Əslində, Təhlükəsizlik Şurası Çin və Rusiyanın razılığı ilə İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmasını əngəlləyəcək. Yəni ölkə üçün yeni problem yaranacaq. Buna görə də, indiki vaxtda mən NPT kartından istifadəni İranın xeyrinə hesab etmirəm”.

Xatırladaq ki, iyunun 8-də MAGATE-nin Hakimlər Şurası 30 ölkə lehinə olmaqla İran əleyhinə qərara qəbul edib. Yalnız Çin və Rusiya qəararın əleyhinə olub.

Bununla bərabər, İran Atom Enerjisi Təşkilatı adı çəkilməyən nüvə obyektində MAGATE-nin 2 müşahidə kamerasını söndürüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!