Murad Adıgözəlzadənin köməkçisi barədə cinayət işinə xitam verildi

saytların hazırlanması

Evə çatdırılma

Murad Adıgözəlzadənin köməkçisi barədə cinayət işinə xitam verildi

Kriminal

15 Noyabr 2024 17:25 1727


Bir müddət əvvəl xüsusi əməliyyat nəticəsində həbs edilən Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsindəki cinayət işinə xitam verilib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, buna səbəb cinayət işi üzrə dəymiş ziyanın tam olaraq ödənilərək dövlət büdcəsinə qaytarılmasıdır.

Rəşad Məmmədov barəsində bir müddət əvvəl də həbs qətimkan tədbiri ləğv edilərək ev dustaqlığı ilə əvəzlənmişdi. pizza mizza

Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin köməkçisi olan Rəşad Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülmüşdü.

İttihama görə, cinayət işi üzrə 70 min manata yaxın ziyan olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!