Müsəlman dövlətləri İsraili ittiham edir - Sammit

saytların hazırlanması

Evə çatdırılma

Müsəlman dövlətləri İsraili ittiham edir - Sammit

Dünya

11 Noyabr 2023 17:10 809


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Qəzza zolağında hərbi əməliyyatları dərhal dayandırmağa və bütün girovları azad etməyə çağırıb.

Yenisabah.az Əl-Arabiyya-ya istinadla xəbər verir ki, Ər-Riyadda keçirilən fövqəladə İslam-Ərəb zirvəsində o bildirib:

“Bu, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının İsrail tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına son qoymaq və dünyada qəbul edilən ikili standartları vurğulamaq iqtidarında olmadığını sübut edən humanitar fəlakətdir”. Pepperoni pizza

Şahzadənin sözlərinə görə, regionda sülhə nail olmağın yeganə yolu “İsrail işğalına və qeyri-qanuni məskunlaşmalara son qoymaq, Fələstin xalqının hüquqlarını bərpa etmək və 1967-ci il sərhədlərinə qayıdış və paytaxtı Şərqi Qüds olan dövlət yaratmaqdır".

Sammitdə çıxış edən Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbas ABŞ administrasiyasını İsrailə təsir göstərməyə çağırıb ki, “müqəddəs yerlərin işğalı, pozulması və təhqir olunmasına son qoyulsun”.

Abbas deyib: "Heç bir hərbi həll yolu məqbul deyil, çünki onların hamısı uğursuzluğa düçar olub. Biz xalqımızı Qəzza zolağından və ya İordan çayının qərb sahilindən çıxarmaq cəhdini qəti şəkildə rədd edirik".

Misir prezidenti Abel Fəttah əs-Sisi “Qəzza zolağında dərhal, davamlı atəşkəsə” çağırıb. Öz növbəsində İran prezidenti İbrahim Rəisi İsraili Qəzza zolağında hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edib.

Qəzza zolağındakı vəziyyətlə əlaqədar Səudiyyə Ərəbistanı Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) birgə fövqəladə sammitini keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!