Mustafa Şentop sabah Azərbaycana səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Mustafa Şentop sabah Azərbaycana səfər edəcək

Siyasət

25 İyul 2021 14:14 1221


Mustafa Şentop Azərbaycana səfərə gəlir.

Yenisabah.az türk mediasına istinadla xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah səfər edəcək.

Üçtərəfli görüş iyulun 27-də keçiriləcək. Dominos pizza

Görüşdə "Bakı Bəyannaməsi" imzalanacaq.

Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Mustafa Şentop Füzuli və Şuşa şəhərlərinə səfər etdikdən sonra isə vətənə dönəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!