Naftalan İH-in tenderi ləğv edildi, başçıya xəbərdarlıq olundu 

saytların hazırlanması

Evə çatdırılma

Naftalan İH-in tenderi ləğv edildi, başçıya xəbərdarlıq olundu 

Sosial

11 Oktyabr 2024 17:48 857


Naftalan İcra Hakimiyyətinin tenderi ləğv edilib. 

Yenisabah.az Tribunainfo-ya istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərar qəbul edib. 

Məlumatda bildirilir ki, Naftalan İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Naftalan şəhərinin daxili yollarını əsaslı təmir etmək fikrində olub. Bu məqsədlə 349 min manat pul da ayırıb. Amma məlum olub ki, İcra Hakimiyyəti qiymətləndirmə prosesində şişirtməyə gedib və xərcləri çox göstərib. Elə bu səbəbdən də Anti-İnhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidməti AİBNDX/SQ-9133/2024 saylı qərar qəbul edib. Həmin qərara əsasən Naftalan İcra Hakimiyyətinə tövsiyələrlə yanaşı, xəbərdarlıq da edilib.  Sezar pizza

Xatırladaq ki, Naftalanın icra başçısı Vüqar Vahid oğlu Novruzovdur. 1980-ci il təvəllüdlü icra başçısının atası isə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!