Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mənzillərin birindən 2 000 manat dəyərində samovar oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Babayev müəyyən olunaraq saxlanılıb.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, araşdırmalarla A.Babayevin ötən günlərdə paytaxtın Yasamal rayonu ərazisində bloqer Nail Kəmərlinin mənzilindən oğurluğa cəhd edən şəxs olması da müəyyən edilib.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər. Pepperoni pizza
Faktlar üzrə hazırda istintaq araşdırması aparılır.
Telegram kanalımız