Nail Kəmərlinin evindən oğurluq etmək istəyən şəxslə bağlı   DİN-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Nail Kəmərlinin evindən oğurluq etmək istəyən şəxslə bağlı DİN-dən AÇIQLAMA

Kriminal

02 Dekabr 2024 16:42 1084


Daxili İşlər Nazirliyi (DİN) bloger Nail Kəmərli evindən oğurluq etmək istəyən şəxslə bağlı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytentantı Elbrus İbrahimov BAKU.WS-ə bildirib ki, görüntülər yenidən izlənilib və bununla bağlı araşdırmalara başlanılıb:

"Məlumat üçün bildirək ki, məsələ ilə bağlı artıq polis əməkdaşları araşdırmalara başlayıblar. Kamera görüntüləri təkrar izlənilib. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək". pizza sifarişi

*** 14:29

Bloger Nail Kəmərli (Nail Babayev) evindən oğurluq etmək istəyən şəxsin görüntülərini yayıb.

Yenisabah.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında video paylaşıb.

Kəmərli qeyd edib ki, naməlum şəxs binaya daxil olaraq qonşulardan birinin çöldə olan ayaqqabısını oğurlayıb. Daha sonra onu öz ayaqqabısı ilə dəyişərək blogerin evinə yaxınlaşıb.

Sözügedən şəxsin siması da videoda görüntülənib.

Bloger bu baraədə paylaşım edərək vətəndaşları diqqətli olmağa çağırıb.

"Qapılarınızı açıq qoymayın, evlərinizin önünə kameralar yerləşdirin, tanımadığınız şəxslərə qapını açmayın" - deyə, Kəmərli qeyd

edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!