Narkokuryerlərə qarşı əməliyyatlar keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Narkokuryerlərə qarşı əməliyyatlar keçirildi

Kriminal

13 Dekabr 2024 10:59 596


Paytaxtın Xətai rayonunda narkokuryerlik edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, sonuncu əməliyyatlar zamanı İlkin Dadaşov, Natiq Yusifov, Ruslan İsmayılov, Vüqar Əliyev, Qaryağdı Ruşanov və Elşən Muradov saxlanılıblar.

Onlardan ümumən 23 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanaraq götürülüb. Marqarita pizza

Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!